Moskvada nazir müavininin qızı öldürülüb

Moskvada  nazir müavininin qızı öldürülüb

Moskva vilayətində regional nazirin tikinti üzrə müavininin qızı ölü tapılıb.

SİA xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Keçmiş sinif yoldaşı on yeddi yaşlı qızı öldürməkdə şübhəli bilinir. Kanalın məlumatına görə, o, dostları ilə gəzinti zamanı keçmiş sinif yoldaşı ilə rastlaşıb və o, onlara meşədəki tərk edilmiş evə getməyi təklif edib. Uşaqlar razılaşıblar. Tezliklə qız və onun keçmiş sinif yoldaşı orada qalsa da digərləri oranı tərk ediblər.

Bir müddət sonra geri qayıdan digər dostlar qızı ölü vəziyyətdə tapıblar. Qız bıçaq xəsarəti ilə öldürülüb.

Qeyd edək ki, bundan əvvəl İspaniyada “Novatek”in keçmiş top meneceri Sergey Protoseninin ailəsi ölü tapılmışdı. Yerli polisin məlumatına görə, aprelin 19-da Cirona əyalətindəki Lloret de Mar kurort şəhərindəki evində üç nəfərin meyiti tapılıb. Polis həmin şəxsin ailəsini öldürə, sonra isə intihar edə biləcəyi versiyasını paylaşıb.

Aprelin 18-də Moskvanın qərbində “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin ailəsi öldürülmüş halda tapılıb. İstintaq Komitəsinin prioritet versiyasına görə, Avayev həyat yoldaşını və azyaşlı qızını qətlə yetirdikdən sonra, özü də intihar edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə