30 yaşlı kişi qılıncla xəsarət yetirilib

Salyan sakini başından yaralanıb. SİA-nın məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...