Gəncədə qaz sızmasından partlayış olub, ölən var

Gəncədə baş verən yanğının bəzi təfərrüatları bəlli olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verən qaz sızması nəticəsində baş verib.

Partlayışdan sonra əmələ gələn yanğın zamanı mənzildə olan 38 yaşlı kişinin meyiti aşkar edilib.

Saat 07:15

Gəncədə yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birində qeydə alnıb.

Binanı 5-ci mərtəbəsindəki mənzildə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziya oğlunun öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə