Yaşayış binasında baş verən yanğında bir nəfər ölüb - BAŞ PROKURORLUQ

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...