Bakıda kütləvi dava olub, saxlananlar var

Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə avtomoobil ehtiyat hissələri bazarında qeydə alınıb.

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə