Ağdamda əlində sursat partlayan çoban ölüb

Ağdamda əlində sursat partlayan çoban ölüb

Ağdamda çoban qoyun otararkən əlində hərbi sursat partlayıb. Ağdamın Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev bildirib ki, partlayış nəticəsində rayon sakini, 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov yaralanıb.

Ağır bədən xəsarətləri alan R.Bəxtiyarov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə