Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb. SİA-nın məlumatına görə, hadisə rayonun Xalxal kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.
Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.
D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə