Sumqayıtda ölümlə nəticələnən qəza baş verib. SİA-nın verdiyi xəbərə görə, "Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB