Xaçmaz şəhərində yanğın hadisəsi baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki,şəhərdə bir-birinə bitişik tikilən müxtəlif təyinatlı sexlərdən ümumi sahəsi 48 kvadratmetr olan dülgər sexinin içərisində 2 kvadratmetr sahədə taxta yonqarı, 1 ədəd dəzgahın mühərrik hissəsi və lambirindən ibarət tavan 40 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB