Avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb

Avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb

Ukraynanın Rovno vilayətində sərnişin avtobusunun yanacaq daşıyan maşın və minik avtomobili ilə toqquşması nəticəsində 16 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

SİA bu barədə “rosbat”a istinad edir.

Hadisə Kiyev-Çop avtomobil yolunda, Sitnoe kəndi yaxınlığında baş verib. Toqquşmadan sonra hər üç avtomobil yanıb. İlkin məlumatlara görə, 16 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə