Oğuzda döyüşə yararlı qumbara və avtomat patronları tapılıb

Oğuzda döyüşə yararlı qumbara və avtomat patronları tapılıb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib. SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə