Bakı sakinini avtomobil vurub

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

1979-cu il təvəllüdlü Ülkər Allahverdiyeva yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə