Goranboyda ölümlə nəticələnən qəza baş verib

Goranboyda ölümlə nəticələnən qəza baş verib

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ağır xəsarət alan sürücü, 1994-cü il təvəllüdlü İlqar Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə