Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmiş, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə