Bakıda kafedə dava zamanı bir nəfər bıçaqlanıb

Bakıda kafedə dava zamanı bir nəfər bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava düşüb.

SİA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığındakı kafedə qeydə alınıb.

Mehralıyev Samir Sabir oğlu kafedə mübahisə edən zaman bıçaqlanıb. O qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə