Gəncədə intihar hadisəsi baş verib.
SIA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evlərin birində qeydə alınıb.
1969-cu il təvəllüdlü H.Abdulayev həmin ünvandakı yardımçı tikilidə özünü asıb.Onun meyti asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Meyti Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib. 53 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB