Dünən günorta saatlarında Şamaxının Aşağı Çağan kəndində 5 canavar iribuynuzlu mal-qara naxırına hücum edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 12 baş heyvan yaralanıb. Ümumilikdə fermerlərə 10 min manat ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə bu, son bir ayda canavarların kəndin naxırına 5-ci hücumudur.
Qeyd edək ki, Aşağı Çağan kəndində 20 ailə məskunlaşır və onların əsas məşğuliyyəti heyvandarlıqdır. Sakinlər son vaxtlar canavarların çoxaldığından narahatlıqlarını bildiriblər. Hər dəfə kəndin daha da yaxınlığında baş verən hücumlar nəticəsində ümumilikdə 19 iribuynuzlu mal-qaraya xəsarət yetirilib, 2 heyvan isə tələf olub.
Qeyd edək ki, quduzlaşma təhlükəsi ilə əlaqədar yaralanan heyvanların ətindən də istifadə olunmur.
Sakinlər analoji halın keçən il də baş verdiyini bildirirlər. Qırmızı kitaba salınan canavarların ovlanmasının qadağan edilməsi onları çətin vəziyyətə salıb. Buna görə də əlaqədar qurumlardan kömək gözləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB