Gəncədə qadın sirkə turşusu içərək zəhərlənib

Gəncədə qadın sirkə turşusu içərək zəhərlənib

Gəncədə 40 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

SIA-nın məlumatına görə hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Aygün İsayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına lazımi tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən sirkə turşusunu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə