Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə,“Toyota” markalı avtomobil ilə “VAZ-21011” markalı minik maşını toqquşub. Hadisə zamanı “VAZ” markalı avtomobil səkidə dayanmış Ağcabədi rayon sakini Rauf Quliyevi vurub. Nəticədə Rauf Quliyev hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB