Braziliyadakı daşqınlarda ölənlərin sayı 200 nəfəri keçib

Braziliyadakı daşqınlarda ölənlərin sayı 200 nəfəri keçib

Braziliyanın Petropolis şəhərində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 200 nəfəri keçib.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda hadisə nəticəsində 204 sakinin öldüyü, 51 nəfərin isə itkin düşdüyü bildirilir. Ölənlərin ən azı 33-ü uşaq və yeniyetmədir. Xilasetmə və axtarış əməliyyatları artıq doqquzuncu gündür ki davam edir. Güclü külək və davam edən yağışlar səbəbindən xilasedicilərin işi çətinləşib.

Bütövlükdə şəhərdə yağan güclü yağışlar fonunda sürüşmə ilə bağlı 1 900 hadisə baş verib, 811 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə