Göygöl polisindən əməliyyat - 3 oğru saxlanıldı

Göygöl polisindən əməliyyat - 3 oğru saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərkarlı kənd sakininin evinə qeyri-qanuni yolla daxil olaraq vətəndaşın boğazındakı qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəyən rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Bndan başqa şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayonun Hacıməlik kəndi ərazisindən ümumi uzunluğu 800 metr olan yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Gülağa və qardaşı Elvin Əsgərovlar saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə