20 yaşlı oğlan qətlə yetirilib

Göygöldə qətl hadisəsi verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rövşən Nəsibov küçəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Məmmədov Cavidan Siyavuş oğlu bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq 20 yaşlı oğlan ölüb. İlkin məlumata görə C.Məmmədov tanışı tərəfindən qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə