Ötən iki gün ərzində törədilmiş 120 cinayətin üstü “isti izlər”lə açılıb - DİN

Ötən iki gün ərzində törədilmiş 120 cinayətin üstü “isti izlər”lə açılıb - DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 120 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya məlumat verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə