Astarada qanunsuz ov edən rayon sakini saxlanılıb

Astarada qanunsuz ov edən rayon sakini saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Pensər kənd sakini F.Əliyev saxlanılıb.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, F.Əliyevdə qanunsuz olaraq ovladığı çöl quşları və bir ədəd ov tüfəngi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən, həmçinin rayonun Pəlikəş kənd sakini Ş.Vahabovdan qanunsuz olaraq saxladığı bir ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə