Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə fevralın 4-də rayon ərazisində “Daewoo” markalı marşrut avtobusunda bir nəfərin Bakı şəhər sakini A.Dəllalianın mobil telefonunu soyğunçuluq yolu ilə alması və avtobusdan düşərək qaçması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əıməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacağayev saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB