Bakıda piyadanı motosiklet vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Kozak Tatyana Mixalovna yolun piyada üçün müəyyən ediməmiş hissəsindən keçərkən onu motosiklet vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə