Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 588 saylı qəsəbədə yaşayan Elvin Sadıqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Sadıqov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB