Həştərxanda kafedə atışma olub, 4 nəfər yaralanıb

Həştərxanda kafedə atışma olub, 4 nəfər yaralanıb

Rusiyanın Həştərxan vilayətində kafedə silahlı insident baş verib.

SIA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region idarəsi məlumat yayıb.

Nərimanov rayonunda baş verən hadisə nəticəsində 4 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə