Meksikada avropalı turistlərin avtobusu aşıb...

...ölən və xəsarət alanlar var
Meksikada avropalı turistlərin avtobusu aşıb...

Meksikanın cənubundakı Kintana-Roo ştatında avtobusun toqquşması nəticəsində ən azı 8 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

SİA xəbər verir ki, bu barədə “Quadratin” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, avtomobil Lasaro Kardenas bələdiyyəsinin Tintal kəndi yaxınlığında aşıb. İlkin məlumata görə, faciəyə traktorla toqquşma səbəb olub. Hadisə zamanı avtobusda Fransa və İsveçrədən olan turistlər də daxil olmaqla 45 sərnişin olub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. Zərərçəkənlər Kankun və Playa-del-Karmen xəstəxanalarına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə