Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 25-də Bərdə rayon sakini Pərvin Şərifovun idarə etdiyi “Mercedes” markalı avtomobil Salyan rayonunun Kürsəngi kəndi ərazisində nəzarət qaydasında saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsi polis əməkdaşları tərəfindən müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib.
Fevralın 3-də Salyan Rayon Məhkəməsinin qərarı ilə sürücü 400 manat məbləğində cərimə olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB