Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Bаş Pоlis İdаrəsinin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və üç ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB