Cümə günü Filippinin paytaxtı Maniladakı Rusiya səfirliyində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “İnquirer” nəşri Filippinin yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, yanğın bir saat ərzində nəzarətə götürülüb. Digər təfərrüatlar verilmir. Bundan əvvəl “Rappler” onlayn nəşri Makati metropoliten ərazisində Rusiya səfirliyində olduğu iddia edilən binanın yanan damının videosunu dərc etmişdi.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Maniladakı səfirliyinin binasında yanğının baş verdiyini təsdiqləyib.
"Fevralın 4-də Rusiyanın Maniladakı səfirliyinin binasında yanğın baş verib. Yanğınsöndürmə xidmətinin maşınları sürətlə hadisə yerinə gəlib. Tələfat yoxdur", deyə nazirlik təsdiq edib.
İdarədən məlumatına görə, hazırda yanğının fəsadları aradan qaldırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB