FHN Bakıda 97 yaşlı kişiyə köməklik göstərib

FHN Bakıda 97 yaşlı kişiyə köməklik göstərib

Bakıda 97 yaşlı kişi köməksiz vəziyyətdə qalıb.

SIA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1929-cu il təvəllüdlü kişinin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilərin köməkliyi ilə vətəndaş 5-ci mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə