Yanvarın 29-da paytaxtın Nəsimi rayonu ərazisindəki bazarda bir nəfər oradakı satıcı qadının əlindən 140 manat pulunu soyğunçuluq yolu ilə talayıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının çevikliyi və opertaivliyi nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş R.Mustafayev olduğu müəyyən edilib. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB