Nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb
Tərtər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Mahmud Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya bildiriblər ki, yoxlamalar zamanı M.Ağayevin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşdirilib.
Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, onun metamfetamin və marixuana qəbul etdiyi məlum olub.
M.Ağayev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB