Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Zabrat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Quliyev Mübariz Eyvaz oğlu piyada üçün müəyyən edilməyən yoldan keçərkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...