Bakıda iki yeniyetmə dəm qazından zəhərlənib

Bakıda iki yeniyetmə dəm qazından zəhərlənib

Bakının Sabunçu rayonunda dəm qazından iki nəfər zəhərlənib.

SİA xəbər verir ki, hadisələr Zabrat və Ramana qəsəbələrində qeydə alınıb.

Ramana qəsəbəsində 2005-ci il təvəllüdlü Quluzadə Sənan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Zabrat qəsəbəsində isə 2006-cı il təvəllüdlü Qəribov Sərdar Rafiq oğlu da hamam otağında zəhərlənib.

Hər iki yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə