Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb...

... heykəl bərpa edilib -
Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb...

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

SİA xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda araşdırma davam edir.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə