Ər-Riyad Ticarət Mərkəzindəki yanğın söndürülüb

Ər-Riyad Ticarət Mərkəzindəki yanğın söndürülüb

Abşeron rayonunda Ər-Riyad Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

SİA-nın məlumatına görə, hadisə nəticəsində mağazalardan biri yanıb.

Fövqəladə Hallar Naizrliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.

***

00:46

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

SİA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Ər-Riyad Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzində dükanlardan birində başlanan qəfil yanğın güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə