İsmayıllı rayon sakinindən qanunsuz saxladığı silah götürülüb.
SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qalacıq kənd sakini Üzeyir Məlikovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB