Vətəndaşlardan 6 qanunsuz ov tüfəngi götürülüb - DİN

Vətəndaşlardan 6 qanunsuz ov tüfəngi götürülüb - DİN

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 8-də və 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə