57 yaşlı kişini  avtomobil vurub

Bakıda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirib. SİA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Hüseyn Cavid prospektində yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Fuad Fətulla oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə