Təyyarə yanıb HAVA LİMANINDA

Çində hava limanında Rusiya aviaşirkətinin təyyarəsi yanıb. SİA xəbər verir ki, bu barədə “Aviaincident” Twitter səhifəsində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Aviastar-Tu aviaşirkətinin Tu-204 təyyarəsi Hançjou hava limanında yanıb. Hadisə zamanı təyyarənin yerdə olduğu bildirilir. Yük anbarında yanğın baş verib.

Hadisə ilə bağlı daha ətraflı məlumat hələ ki, yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə