Bakıda iki avtomobil toqquşub

Bakının Yasamal rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsində kəsişmədə olan “VAZ-21099” markalı avtomobil yolu keçərkən “Mercedes” markalı maşın ona çırpılıb. Qəza nəticəsində VAZ-21099-da olan bir nəfər xəsarət alıb.

Yaralıya ilkin tibbi müayinə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə