Gənc qadın üz və boğazından bıçaqlanıb

Gənc qadın üz və boğazından bıçaqlanıb

Bakının Nizami rayonunda qadın bıçaqlanıb.
SİA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə