Qız itlə oynayarkən ölüb BOĞULARAQ

Qız itlə oynayarkən ölüb BOĞULARAQ

Yakutiyanın Mirni şəhərində səkkiz yaşlı qız həyətdə itlə oynayarkən ölüb. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional baş idarəsindən məlumat verilib.

Ehtimallara görə, it uşağın yaylığdan tutaraq və onu sürüyərək boğa bilərdi. Faktla bağlı cinayət işi başlanıb.
Müstəntiqlər Yakutiyanın Mirni şəhərində səkkiz yaşlı qızın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.

Rusiya Federasiyası İstintaq Komitəsinin regional baş idarəsindən verilən məlumata görə, ölən zaman qız fərdi yaşayış binasının hasarlanmış həyətində itlə oynayırmış. Uşağın bədənində dişləmə izləri belə yoxdur.

Sosial şəbəkələrdə yayılan xəbərlər və şərhlərdə hadisənin şahidləri olduğu iddia edilənlər qeyd edirlər ki, iri it qızın yaylığından yapışaraq həyətdə sürüyüb. Güman edilir ki, it qız uşağının arteriyasını sıxmış ola bilər.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə