Neft emalı zavodunda yanğın baş verib LOKALLAŞDIRILIB

Neft emalı zavodunda yanğın baş verib LOKALLAŞDIRILIB

Yanğın Tümen vilayətindəki Antipinski neft emalı zavodunda baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Mən Antipinski Neft Emalı Zavodunda baş verən faktı, yanğın hadisəsini təsdiqləyirəm”, deyə agentliyin həmsöhbəti TASS müxbirinin zavodda baş verən yanğınla bağlı sualını cavablandırarkən deyib.

TASS Agentliyinin bölgənin fövqəladə hallar xidmətindəki mənbəsinə istinadən verdiyi məlumata görə, heç kim xəsarət almayıb.

Obyektdən evakuasiya həyata keçirilməyib. Tümen vilayətinin səhiyyə idarəsinin mətbuat xidməti hadisə yerində həkimlərin işlədiyinə aydınlıq gətirib.

Yayılan məlumata görə, NEZ-də mazutun dərin emalı üçün quraşdırılmış qurğu yanıb. "

Yanvarın 4-də yerli vaxtla saat 09:42-də Antipinski NEZ-in ərazisində ağır mazutun dərin emalı qurğusunda yanğın baş verməsi barədə məlumat daxil olub", deyə mərkəzi administrasiyanın mətbuat xidməti də məlumat yayıb.

Qeyd olunur ki, 100 kvadrat metr olan yanma sahəsi, yanğın lokallaşdırılıb.

Tümen administrasiyasının mətbuat xidməti əlavə edib ki, şəhərdə yanğının söndürülməsi üçün operativ qərargah yaradılıb və qərargahın bütün mütəxəssisləri obyektdədir.

Xatırladaq ki, Antipinsky Neft Emalı Zavodu, Tümen sənaye zonasında yerləşən Rusiyanın ən böyük müstəqil neft emalı zavodudur. Magistral neft kəməri (götürmə qabiliyyəti ildə 7,5 milyon ton) və neft məhsulu kəməri (ildə 2,3 milyon ton məhsuldarlıq) ilə birləşir. 2016-cı ildə Forbes reytinqinə görə şirkət Rusiyanın 200 ən böyük özəl şirkəti arasında gəlir baxımından 43-cü yeri tutub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə