Bir neçə nəfər girov götürülüb SİLAHLI ŞƏXS TƏRƏFİNDƏN

Bir neçə nəfər girov götürülüb SİLAHLI ŞƏXS TƏRƏFİNDƏN

ABŞ-ın Bloominqton şəhərində İndiana Universitetinin Otel və Konfrans Mərkəzində silahlı şəxs bir neçə nəfəri girov götürüb. SİA xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polisdən bildiriblər ki, cinayətkarla danışıqlar aparılır.

"İndiana Universitetinin Tələbə İttifaqı kompleksində girovla bağlı vəziyyət üzə çıxır. Danışıqçılar avtomatik silahla silahlanmış şəxslə işləyirlər. Girovların sayı məlum deyil", deyə Tvitterdəki mesajda bildirilir.

Bloomington Universitetinin məlumatına görə, hücum edən şəxs özünü otel binasında barrikada qurub.
İnsanlardan cinayət yerindən uzaq durmaq, otelin qonaqlarını təxliyə etmək, tələbələrdən universitet binasını tərk etməmək tələb olunub. Atışma və ya xəsarət alanlar barədə məlumat yoxdur, otelin yaxınlığında snayperlər yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə