ABŞ prezidentinin təyyarəsi qar çovğununa düşüb

ABŞ prezidentinin təyyarəsi qar çovğununa düşüb

ABŞ prezidenti Cozef Baydenin təyyarəsi Amerika paytaxtı yaxınlığındakı Endryus aviabazasına çatan zaman qar çovğununa düşüb.

SİA-nın məlumatına görə, bu barədə "The Independent" qəzeti xəbər verib.

Məlumata əsasən, yanvarın 3-də qar çovğunu Vaşinqtonu bürüyüb. C.Bayden enişdən yalnız 30 dəqiqə sonra layneri tərk edə bilib: bütün bu müddət ərzində hava limanının əməkdaşları zolağı qardan təmizləyiblər.

Bundan sonra Bayden küləyin əsməsindən üzünü örtərək nərdivanla yerə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə