20 yaşlı gənc tənəffüs çatışmazlığından xəstəxanada ölub

20 yaşlı gənc tənəffüs çatışmazlığından xəstəxanada ölub

Qazaxda xəstəxanada ölüm hadisəsi baş verib.
SİA-nın məlumatına görə, 2002-ci il təvəllüdlü M.Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı ona tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə